İngiltərə İraq və Suriyadakı döyüş təyyarələrinin sayını ixtisar edir

İngiltərədə buraxılan “Daily Mail” qəzetinin hərbi səlahiyyətlilərə əsaslandırdığı xəbərinə görə, İraq və Suriyadan İngiltərə Krallıq Hava Qüvvələrinə məxsus “RAF Typhoon” tipli 8 döyüş təyyarəsi gələcək ay geri çəkiləcək.

1130806

Xəbərdə 6 “RAF Typhoon” qırıcısının və 10-a yaxın “Reaper” pilotsuz təyyarənin Orta Şərqdə qalacağı bildirilib.   

Yüksək səviyyəli bir hərbi qaynaq döyüş təyyarələrinin bölgədən geri çəkilməsinin “acınacaqlı haldakı rejimə qarşı aparılan missiyalardakı qətiyyətli mövqelərini heç bir şəkildə zəiflədə bilməyəcəyi” tərzində qiymətləndirib.  

İngiltərənin bu addımı ABŞ-ın Suriyadan geri çəkilmə qərarından qıssa müddət sonra atması diqqət çəkib.

ABŞ prezidenti Donald Tramp 19 və 20 dekabr 2018-ci ildəki açıqlamalarında Suriyada olmalarının yeganə səbəbi olan DEAŞ ilə mübarizəni başa çatdırdıqlarını elan etmişdi.

Әlaqәli Xәbәrlәr