ABŞ təslim olan DEAŞ terrorçularını öz bazasına yerləşdirdi

Amerika Birləşmiş Ştatları Suriyada silahlarını yerə qoyaraq təslim olan DEAŞ terrorçularını Ömər neft sahəsindəki bazasına yerləşdirdi.

1130664
ABŞ təslim olan DEAŞ terrorçularını öz bazasına yerləşdirdi

Deyrizordakı yerli mənbələrdən alınan məlumata görə, Suriyada Fərat çayının şərqində bir ərazidə sıxılıb qalan yüzlərlə DEAŞ terrorçusu ilk dəfə toplu şəkildə təslim olub.

Təslim olan terrorçular koalisiya qüvvələrinin helikopterlərinin müşayəti ilə ABŞ-ın Ömər neft sahəsindəki bazaya yerləşdiriliblər

Xatırladaq ki, ABŞ-ın havadan, Fransanın qurudan top atəşləri ilə dəstək verdiyi YPG/PKK 11 sentyabr 2018-ci ildə DEAŞ-ı Deyrizordan tamamilə çıxarmaq üçün hücumlara başlamışdı.

YPG/PKK Deyrizorda DEAŞ-ın son qalası olan Heccin rayon mərkəzini işğal etdikdən sonra rayonun digər ərazilərini də ələ keçirmək üçün hərəkətə keçmişdi. Halhazırda DEAŞ yalnız Deyrizor şəhərinin şərqindəki Bagoz ərazisndədir.

Deyrizorda Fərat çayının qərbindəki bölgə isə Əsəd rejimi qüvvələrinin əlindədir.

Terror təşkilatı YPG/PKK Suriya ərazisinin təxminən üçdə birini işğal altında tutur.

YPG/PKK DEAŞ-dan almaq üçün hücum etdiyi bölgələrdə mülki vətəndaşların çıxışlarına və bölgəyə qida və tibbi ləvazimatların girişinə icazə vermir.

Minlərlə mülki vətəndaş mühasirədə olan Baqozda əziyyət çəkir.

 



Әlaqәli Xәbәrlәr