İran İraqa viza rejimi tǝtbiqinǝ son qoyur

İran İraq ilǝ qarşılıqlı olaraq viza rejimi tǝtbiqinǝ son qoymağa hazır olduğunu bildirib. Bu barǝdǝ İran xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb.

1125752
İran İraqa viza rejimi tǝtbiqinǝ son qoyur

İran dövlət mediasının xəbərinə  görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdada sǝfǝri çǝrçivǝsindǝ baş  tutan ticarǝt konfransında çıxışı  zamanı iki ölkǝ arasında davam edǝn ticarǝt ǝlaqǝlǝrinǝ münasibǝt bildirib. Region ölkǝlǝr arasında iki vǝ çoxtǝrǝfli ǝmǝkdaşlığın digǝr tǝrǝflǝr ilǝ   atılası   birgə addımlardan daha sǝmǝrǝli olacağına diqqǝt çǝkǝn Zǝrif: "İraqla münasibətlərimizi heç bir sahǝdǝ mǝhdudlaşdırmaq istǝmirik. Rǝsmi Bağdad ilǝ ǝlaqǝlǝrimizi hǝrtǝrǝfli inkişaf etdirmǝk üçün viza rejimi tǝbiqini lǝğv etmǝk, sǝrhǝd bölgǝlǝrdǝ sənaye şəhərləri qurmaq və ticarǝt ǝmǝkdaşlığını irǝli pillǝlǝrǝ qaldırmaqda hazırıq. Bir-birimizə güvənərək ölkələrimiz üçün daha yaxşı gələcək inşa edǝbilǝrik. Bölgəmizdǝ təhlükəsizliyin bǝrpası üçün ǝmǝkdaşlığa zǝrurǝt var” -deyǝ Zǝrif vurğulayıb.

Qeyd edǝk ki, Zərif, İraqa reallaşdırdığı 4 günlük sǝfǝri çǝrçivǝsindǝ keçǝn gün İraq Baş naziri Adil Abdulmehdi, Məclis Başçısı Məhəmməd əl-Halbusi və xarici işlər naziri Məhəmməd əl-Həkim ilə görüşdü.

 

 

 



Әlaqәli Xәbәrlәr