"İran ilə əlaqələrin gücləndirilməsi vacibdir", B.Saleh

İraq prezidenti Berhem Saleh İran ilə əlaqələrin gücləndirilməsinin vacibliyini dilə gətirərək, bunun bölgənin təhlükəsizliyi və sabitliyi üçün zəruri olduğunu söyləyib.

1125754

İraqda rəsmi səfərdə olan İranın Xarici İşlər naziri Cavad Zərif paytaxt Bağdadda Prezident Sarayında ölkənin prezidenti Saleh tərəfindən qəbul edilib.

Prezidentin ofisindən yayılan bəyanata görə, görüşdə ikitərəfli əlaqələr ilə bölgədəki son vəziyyət müzakirə olunub.

Bölgədəki problemlərə diqqət çəkən Saleh “Bölgənin iqtisadiyyat və ticarətinə fəallıq qazandırmaq üçün problemlərin sülh yolu ilə həlli vacibdir” deyib.

İranın Xarici İşlər naziri Zərif də ölkəsinin İraq ilə əmakdaşlığının daha da gücləndirilməsini istədiyini bildirərək, İranın bütün sahələrdə İraq hökuməti və xalqını dəstəklədiyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr