İranda "Boeing-707" təyyarəsi qəzaya uğradı

İran xəbər agentliyi ILNA-ın məlumatına görə Boeing-707 tipli yük təyyarəsi Tehranın yaxınlığında qəzaya uğrayıb.

1124861
İranda "Boeing-707" təyyarəsi qəzaya uğradı

Bu gün İranın paytaxtı Tehran şəhəri ətrafında “Boeing-707” təyyarəsi Pəyam hava limanına eniş zamanı Kərəc rayonunda qəzaya uğrayıb.  

"İLNA" xəbər agentliyinin  məlumatına  görə  təyyarədə 10 heyət üzvü olub.   “Boeing-707” hərbi nəqliyyat təyyarəsinin “Qırğıstan Airlines” şirkətinə məxsus olduğu bildirilsə də, Qırğızıstan tərəfi təyyarənin İrana məxsus olduğunu açıqlayıb.  İlk  məlumata  görə   qəzada  7  nəfər  həyatını  itirib.



Әlaqәli Xәbәrlәr