Cavad  Zərif İraq-İran münasibətlərinə münasibət bildirib

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Tehranla-Bağdad arasındakı münasibətləri pozmağa çalışdığını qeyd edib.

1125249
Cavad  Zərif İraq-İran münasibətlərinə münasibət bildirib

“İŞİD-in məğlub edilməsindən sonra bir sıra ölkələr, birinci növbədə ABŞ İranla-İraq arasında artan əlaqələri pozmağa cəhd edib. Lakin iki ölkə hökumətlərinin səyi nəticəsində bu cəhd uğursuz yekunlaşıb”, - deyə C. Zərif İraq səfəri zamanı jurnalistlərə bildirib.   Onun sözlərinə əsasən, Vaşinqtonun anti-İran sanksiyalarının fonunda İran-İraq münasibətləri məsələsində İraq hakimiyyətinin prinsipial mövqeyi ikitərəfli əlaqələri möhkəmləndirən bir amildir.   Zərif deyib ki, hazırda tərəflər ABŞ sanksiyaları səbəbindən İraqda fəaliyyət göstərən İran şirkətləri üçün yaranan problemləri aradan qaldırmağa çalışırlar.



Әlaqәli Xәbәrlәr