İraqdakı Türkmənlərin mərkəzi hökumətdən istəkləri

İraqdakı Türkmənlər mərkəzi hökumətin Kərkük Vilayət Məclisində bir ildən uzun müddətdir davam edən sədrlik böhranını həll etməsini tələb edir.

1121874
İraqdakı Türkmənlərin mərkəzi hökumətdən istəkləri

İraqdakı Türkmənlər mərkəzi hökumətin Kərkük Vilayət Məclisində bir ildən uzun müddətdir davam edən sədrlik böhranını həll etməsini tələb edir.

Kərkük Vilayət Məclisi Türkmən Qrupunun üzvü Əli Mehdi daha əvvəl kürdlərdən seçilən və “dövlət vəzifəsindən sui-istifadə etdiyinə” görə qiyabi olaraq 6 ay iş kəsilən Rebivar Talabaninin yerinə yeni bir sədrin rəsmi Bağdad tərəfindən təyin olunmasını istədiklərini söyləyib.

Rebivar Talabaninin 16 oktyabr 2017-ci il tarixində Kərkük hadisələrindən sonra şəhəri tərk etdiyini və məclis yığıncaqlarının da bir ildən uzun müddətdir təxirə salındığını xatırladan Mehdi rəsmi Bağdadın təyin edəcəyi və bütün tərəflərin barəsində razılaşacağı bir məclis sədrinin vəzifəyə təyin olunmasını istədiklərini qeyd edib.

Mehdi “Məclisin sədrliyinə türkmən, kürd və ərəblərin razılıq əldə edəcəkləri birinin təyin olunması lazımdır” deyib.

Kərkükdə təktərəfli deyil, ancaq ortaq bir idarənin artıq vacib olduğunu dilə gətirən Mehdi “Bir daha təktərəfli idarəyə qayıtmaq istəmirik” ifadəsini işlədib.

Qeyd edək ki, Kərkük Cinayət Məhkəməsi 26 dekabr 2018-ci ildə Kərkük Vilayət Məclisi sədri Rebivar Talabaniyə “dövlət vəzifəsindən sui-istifadə etdiyi” səbəbindən qiyabi olaraq 6 ay iş kəsmişdi.



Әlaqәli Xәbәrlәr