İran qonşu ölkələrlə əməkdaşlığı gücləndirir

İran qonşusu olan ölkələrlə imzaladığı iqtisadi əməkdaşlıq müqavilələrinin sürətlə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

1122070
İran qonşu ölkələrlə əməkdaşlığı gücləndirir

İran rəhbərliyindən yayılan yazılı açıqlamada bildirilir ki, İqtisadi Koordinasiya Yüksək Şurası yığıncağı prezident Həsən Ruhaninin başçılığında paytaxt Tehranda keçirilib. Məlumata görə, Məclis rəhbəri Əli Laricani, ədliyyə naziri Sadiq Laricani, vitse-prezident İshaq Cihangiri, Sənaye və Ticarət naziri Rza Rəhmani və Mərkəzi Bankın sədri Abdulnasir Himmetinin iştirak etdiyi yığıncaqda qonşu ölkələrlə iqtisadi əməkdaşlıq, idxal-ixrac və birgə investisiyalar haqqında mövcud razılaşmalara baxılıb və bunların sürətlə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.



Әlaqәli Xәbәrlәr