İran Avropa İttifaqının sanksiya qərarını qınadı

İran Avropa İttifaqının (Aİ) Avropa ölkələrində sui-qəsd planlaşdırdığına görə İran kəşfiyyatına və iki şəxsinə qarşı sanksiya qərarını qınadı.

1122250
İran Avropa İttifaqının sanksiya qərarını qınadı

İran Avropa İttifaqının (Aİ) Avropa ölkələrində sui-qəsd planlaşdırdığına görə İran kəşfiyyatına və iki şəxsinə qarşı sanksiya qərarını qınadı.

İranın Xarici İşlər Nazirliyi sözçüsü Behram Qasımi Aİ-ni İranla əlaqəli “əsassız ittihamlar” irəli sürməkdə günahlandıraraq “təəccübləndirici olan və ağlabatan” xüsusiyyətdə olmayan sanksiya qərarını qınadığını bildirdi.

Avropa ölkələrinin kəşfiyyat xidməti və iki fiziki şəxsinə sanksiya tətbiq olunma qərarı ilə “terrorla mübarizədə səmimi olmadıqlarını ortaya qoyduqlarını” irəli sürən Qasımi Aİ-nin Xalqın Mücahidləri Təşkilatı və Əl Ahvaziyə Təşkilatı kimi qruplaşmaları terror siyahısına salacağına azad buraxaraq himayəsinə aldığını söylədi.

İranın terrorla mübarizənin ilk yerlərdən birini tutduğunu ifadə edən Qasımi “Avropa təhlükəsizliyini borclu olduğu ölkəyə qarşı ittihamlar irəli sürür. İran bu qərarlara qarşılıqlılıq əsasında lazım olan addımları atacaqdır” deyə bildirdi.

Qeyd edə ki, Avropa Şurasında İran kəşfiyyat xidməti və iki İran vətəndaşının Avropa ərazilərində sui-qəsd planlaşdırdığı səbəbiylə vəsaitləri və digər maliyyə qaynaqlarının dondurmasına dair qərar qəbul edilib. Şuranın açıqlamasında bildirilir ki, daha əvvəl sanksiya siyahısına daxil edilənlərlə yanaşı toplan 15 şəxs ilə 21 İran qurum və təşkilatının iştirak etdiyi sanksiya siyahısı altı aya qədər qüvvədə olacaq.



Әlaqәli Xәbәrlәr