ABŞ əsgərləri Ərbil şəhəri üzərindən çəkiləcək

Suriyadan çəkiləcək ABŞ əsgərləri İraq mərkəzi hökumətinin nəzarətindəki bölgələrdən yox, İraq Kürd Regional Rəhbərliyin nəzarətindəki Ərbil şəhərindən çıxacaq.

1117691
ABŞ əsgərləri Ərbil şəhəri üzərindən çəkiləcək

Suriyadan çəkiləcək ABŞ əsgərləri İraq mərkəzi hökumətinin nəzarətindəki bölgələrdən yox, İraq Kürd Regional Rəhbərliyin nəzarətindəki Ərbil şəhərindən çıxacaq.

 İraq Birgə Əməliyyatlar Komandanlığı sözçüsü general Yahya Rəsul İraq mediasına Suriyadan çəkiləcək ABŞ əsgərlərilə əlaqədar açıqlama yaydı.

General Rəsul ABŞ əsgərlərinin Suriyadan Ərbil üzərindən çıxmasının İraqın suverenliyini pozduğu manısını daşımadığını və əsgərlərin İraqda davamlı şəkildə yerləşməyəcəyini söyləyib.

ABŞ-ın əsgərlərini Suriyadan necə çıxaracağına dair indiyədək rəsmi Vaşinqton tərəfindən bəyan edilən hər hansı yol xəritəsi yoxdur.

ABŞ prezidenti Trampın dekabrın 19-da Suriyadan əsgərlərini çəkəcəklərini elan etməsindən sonra Amerika əsgərlərinin möhtəməl çəkilmə marşrutu olduğu bildirilən Ərbildəki Harir hava bazasında havada ciddi fəallıq yaşanmağa başlamışdı.  

Terror təşkilatı DEAŞ-ın ortaya çıxdığı 2014-cü ildən dərhal bir il sonra ABŞ qüvvələri Harir hava bazasını tamamilə nəzarət altına alaraq burada yerləşməyə başlayıb.

Harir bazası Peşmergənin nəzarətində olması və İraqın digər bölgələrilə müqayisədə terror təşkilatı DEAŞ təhdidinin çox az olduğu bölgədə yərləşməsi səbəbindən ABŞ üçün xeyli təhlükəsiz baza kimi qəbul edilir.

Təhlükəsiz olması ilə yanaşı Suriyanın şimalı ilə İraq Kürd Regional Rəhbərliyini bir-birinə bağlayan Peşhabur sərhəd keçid məntəqəsinə 227 km məsafədə yerləşən Harir ABŞ-ın İraqın şimalında Suriya sərhədinə ən yaxın hərbi baza mövqeyindədir.



Әlaqәli Xәbәrlәr