İraqın Baş naziri iordaniyalı həmkarı və heyətilə görüşdü

Paytaxt Bağdaddakı hökumət evində reallaşan görüşdən sonra təşkil olunan mətbuat konfransında A.Əbdülmehdi və Ö.Rəzzaz çıxış edərək iki ölkə arasında münasibətlərin vəziyyəti və əlaqələri barədə jurnalistlərin suallarını cavablandırdılar.

1116016
İraqın Baş naziri iordaniyalı həmkarı və heyətilə görüşdü

  İraqın Baş naziri Adil Əbdülmehdi iordaniyalı həmkarı Ömər ər-Rəzzaz və nümayəndə heyəti ilə görüşdü.

  Paytaxt Bağdaddakı hökumət evində reallaşan görüşdən sonra təşkil olunan mətbuat konfransında A.Əbdülmehdi və Ö.Rəzzaz çıxış edərək iki ölkə arasında münasibətlərin vəziyyəti və əlaqələri barədə jurnalistlərin suallarını cavablandırdılar.

  İraqın Baş naziri dedi: “İordaniya xalqı və hökumətilə münasibətlərdən qürur duyuruq. İnsanlarımızın vəziyyətini düzəltmək və uğura çatmaq üçün İraq və İordaniya hökumətləri birlikdə çalışmağa davam edir. Ortaq təhlükəsizlik, sabitlik və güclü iqtisadiyyatla bağlı İordaniyadan gözəl bir əməkdaşlıq gözləyirik. Bu ölkənin terrorla mübarizə, müdafiə və ordumuza köməketmə kimi təhlükəsizlik məsələlərində bizə dəstək verməsini və iş birliyini möhkəmləndirilməsini istəyirik".

  İordaniyanın Baş naziri Ömər ər-Rezzaz da öz növbəsində çıxışında: “İordaniya Kralı II Abdullahın tapşırığı ilə İraqla münasibətləri hər sahədə inkişaf etdirilməyə hazırıq”, - dedi.

  Mətbuat konfransından sonra İraq Prezident Aparatından görüşlə bağlı yazılı açıqlamada isə daha ətraflı məlumat verilərək iki ölkə arasında ticarət həcmini artırmaq, hava yolları, enerji və digər sahələrdə razılığa gəlindiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr