İran İraqdakı bütün hәrbi müşavirlәrini geri çağırıb

İran terrorçu DEAŞ qruplaşması məğlub edildiyindən İraqdan bütün hərbi müşavirlərini çıxarıb.

1115530
İran İraqdakı bütün hәrbi müşavirlәrini geri çağırıb

İran terrorçu DEAŞ qruplaşması məğlub edildiyindən İraqdan bütün hərbi müşavirlərini çıxarıb.

Bunu İranın Bağdaddakı səfiri İrec Mescidi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İraqda terror təhlükəsi aradan qalxdığı və DEAŞ-a  qarşı mübarizədə qələbə elan edildikdən sonra İran bütün hərbi müşavirlərini bu ölkədən çıxarıb: “Terrora qarşı mübarizəyə dəstək vermək üçün İraqdakı iranlı hərbi müşavirlərin hamısı vətənə qayıdıb”.

Səfir ABŞ-ı bölgədən  hərbçilərini çıxarmadığı üçün tənqid edib.  



Әlaqәli Xәbәrlәr