Bəhreyn də 7 ildən sonra Suriyanın paytaxtı Dəməşqdə yenidən səfirlik açdı

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra Bəhreyn də 7 ildən sonra Suriyanın paytaxtı Dəməşqdə yenidən səfirlik açdı.

1114992
Bəhreyn də 7 ildən sonra Suriyanın paytaxtı Dəməşqdə yenidən səfirlik açdı

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra Bəhreyn də 7 ildən sonra Suriyanın paytaxtı Dəməşqdə yenidən səfirlik açdı.

 Bəhreyn Xarici İşlər Nazirliyinin həmin mövzu ilə bağlı açıqlamasında Dəməşqdəki səfirliyin yenidən xidmət göstərməyə başladığı bildirilib.

Açıqlamada bildirilib ki, Bəhreyn Suriya ilə əlaqələri davam etdirmək istəyir. Həmçinin, Manamadaki Dəməşq səfirliyinin də vəzifəsini davam etdirdiyi və iki ölkə arasında uçuşların fasiləsiz davam etdiyi vurğulanıb.

 Qeyd edək ki, Bəhreyn Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin yaranmasından bir müddət sonra Dəməşqdəki səfirliyini bağlamışdı.

BƏƏ-nin də dünən Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin yenidən vəzifəsinə başladığı bildirilmişdi.

 Suriya rejimi keçən ay yaydığı bəyanatda Ərəb ölkələrinin Dəməşqdəki səfirliklərini yenidən açmaları halında bundan məmnuniyyət duyulacağı qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr