İsrailin döyüş təyyarələri Livanın hava məkanını pozdular

İsrail döyüş təyyarələri Livanın cənubundakı ən-Nəbatiyə və İqlim ət-Tuffah bölgələrində alçaq yüksəklikdə uçuşlar həyata keçirərək, hücum imitasiyası yaradıblar.

1113661
İsrailin döyüş təyyarələri Livanın hava məkanını pozdular

 

 Livan rəsmi informasiya agentliyi NNA-in yaydığı xəbərə görə, yerli vaxtla  saat 21.50-dən etibarən İsrail döyüş təyyarələri Livanın cənubundakı ən-Nəbatiyə və İqlim ət-Tuffah bölgələrində alçaq yüksəklikdə uçuşlar həyata keçirərək, hücum imitasiyası yaradıblar.
 
 
 Livan hava məkanını dəniz tərəfindən pozan İsrail  təyyarələri, eyni zamanda, Sayda və Sur şəhərlərinin digər bölgələrində də eyni şəkildə alçaq yüksəklikdə uçuşlar ediblər.
 
 Livan Baş naziri Səəd əl-Hariri ölkənin cənubunda yerləşdirilmiş BMT-nin Müvəqqəti Qüvvələrinin komandiri general Stefani Del Kol (Stefano Del Co) ilə keçən həftə paytaxt Beyrutda görüşmüşdü.

Hariri BMT-ni İsrailin Livanın hava məkanını və ərazi sularını pozması məsələsində məsuliyyəti üzərinə götürməyə çağırmışdı.



Әlaqәli Xәbәrlәr