Liviyada XİN binasında terror aktı törədildi

Liviyanın paytaxtı Tripolidə Xarici İşlər Nazirliyinin binasına təşkil edilən bombalı hücumda 3 nəfər həlak oldu.

1113476
Liviyada XİN binasında terror aktı törədildi

Liviyanın paytaxtı Tripolidə Xarici İşlər Nazirliyinin binasına təşkil edilən bombalı hücumda 3 nəfər həlak oldu.
 
 Milli Razılıq Hökumətinə (UMH) tabe olan Səhiyyə Nazirliyinin "Facebook" səhifəsindən verilən yazılı açıqlamada hücumda 9 nəfərin də yaralandığı bildirildi.
 
 Xarici İşlər Nazirliyi mənbələrindən alınan məlumata görə, terror təşkilatı DEAŞ üzvləri olduğu ehtimal edilən silahlı qrup nazirlik binasına girərək, ətrafı atəşə tutub.
 
 Silahlı şəxslər daha sonra üstlərində olan partlayıcı qurğuları işə salıblar.
 
 Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşlarının nazirliyə gedən bütün yolları bağladığı bildirilir.
 
 Terror aktı törədilən zaman Xarici İşlər naziri Məhəmməd ət-Tahir Səyyalənin binada olmadığı, UMH Prezidentlik Şurasının sədri Fayiz əs-Sərrac ilə birlikdə ölkənin qərbindəki Zaviyə şəhərinə səfər etdiyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr