İran sünniləri cümə namazını öz inanclarına əsasən qılmaq istəyirlər

İranın Xorasan ostanının şimalındakı Bocnurd şəhərinin sünni əhalisi cümə namazını öz inanclarına əsasən qılmaq istəyirlər.

1111897
İran sünniləri cümə namazını  öz inanclarına əsasən qılmaq istəyirlər

İranın Xorasan ostanının şimalındakı Bocnurd şəhərinin sünni əhalisi cümə namazını öz inanclarına əsasən qılmaq istəyirlər.

Azadşəhr şəhəri Türkmən Əhli Sünnət cümə imamı Mövlana Məhəmməd Hüseyn Gürgiç bu barədə açıqlama verərək, Bocnurdun 30 mindən çox olan sünni əhalisinin cümə namazlarını öz fiqh qaydalarına qörə qıla bilmək  üçün dövlətdən icazə istədiyini bildirdi.

Açıqlamasında Gülistan və Şimali Xorasan Fakihlər Şurasının üzvü olduğunu xatırlatan Gürgiç qanun və qaydalara görə, 10 min vatandaşın yaşadığı bir şəhərdə cümə namazının qılınmasına icazə verilməli olduğunu qeyd etdi.

İranda sünnilər sıx yaşadıqları şəhərlərdə məscidlərdə  cümə namazını öz fiqh qaydalarına görə qıla bilirlər. Böyük şəhərlərdə isə buna icazə verilmir və açılan məscidlər çox zaman bağlanır.

Sünnilər özlərinə aid ibadət məkanlarının olmadığı yerlərdə ya cümə namazına getmirlər, ya da şiə bir imamın arxasında saf tuturlar.

Təxminən 80 milyon əhalisi olan İranda qeyri-rəsmi məlumatlara görə,15 milyon sünni vətəndaş yaşayır. Sərhəd bölgələrində yaşayan sünnilər konstitusiyada göstərilən vətəndaşlıq hüququna sahib olmaq istəyirlər.

İranda bəzi sünni din adamları azad hərəkət etmək hüququndan məhrumdurlar. Bəzi şəhərlərdəki sünnilərə aid məscidlərin təmir və bərpasına, paytaxt Tehrandakı sünnilərin rəsmi bir məscidə sahib olmalarına da icazə verilmir.

 



Әlaqәli Xәbәrlәr