Gürcüstanın ilk qadın prezidenti and içdi

Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkilərinin 2-ci mərhələsində 59,54% səs toplayaraq ölkənin ilk qadın prezidenti seçilən Salome Zurabişvili and içərək vəzifəsinə başladı.

1108064
Gürcüstanın ilk qadın prezidenti and içdi

Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkilərinin 2-ci mərhələsində 59,54% səs toplayaraq ölkənin ilk qadın prezidenti seçilən Salome Zurabişvili and içərək vəzifəsinə başladı.
 
 Telavi şəhərindəki II Kral İrakli sarayında keçirilən andiçmə mərasimində Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay təmsil etdi.
 
 Mərasimdə  Ermənistan prezidenti Armen Sarkisyan, Fransanın sabiq prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy), Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov, fərqli ölkələrin parlament sədrləri, nazirlər, diplomatlar və dəvət olunan digər yüksək vəzifəli şəxslər iştirak etdilər. 
 
Prezident seçkilərinin nəticələrini qəbul etməyən, Zurabişvilini prezident kimi tanımayan və eyni zamanda, növbədənkənar seçkilərin keçirilməsinə çağıran "Birlik gücdədir" müxalifət koalisiyasının liderləri və tərəfdarları andiçmə mərasiminə qatılmadılar.
 
 Gürcüstanın müxtəlif bölgələrindən tədbirə etiraz etmək üçün getməyə çalışan müxalifət liderləri və tərəfdarları Telaviyə 40 kilometr məsafədə polis tərəfindən dayandırıldılar. Polis qrupdan fərqli bir marşrutdan istifadə etməsini tələb etdi. Buna baxmayaraq, qrup polis kordonunu aşmağa cəhd göstərdi. Polis və qrup arasında gərginlik yarandı.



Әlaqәli Xәbәrlәr