Deyrizorda 17 dinc vətəndaş həyatını itirdi

ABŞ-ın başçılığındakı koalisiya qüvvələrinin Suriyanın Deyrizor vilayətindəki bir məscidə təşkil etdiyi hava hücumlarında  17 dinc vətəndaş həyatını itirib.

1108048
Deyrizorda 17 dinc vətəndaş həyatını itirdi

ABŞ-ın başçılığındakı koalisiya qüvvələrinin Suriyanın Deyrizor vilayətindəki bir məscidə təşkil etdiyi hava hücumlarında  17 dinc vətəndaş həyatını itirib.

DEAŞ əleyhinə koalisiyanın Deyrizor vilayətinin şərq bölgəsində təşkilatın işğalındakı Heccin qəsəbəsilə ətrafındakı yaşayış məntəqələrinə etdiyi hücumlarda mülki vətəndaşların ölüm halları davam edir.

Deyrizordakı yerli mənbələrdən əldə edilən məlumata görə, koalisiya qüvvələrinə məxsus döyüş təyyarəsi səhər radələrində Deyrizorun şərqində Heccin qəsəbəsinin şərqində terror təşkiyatı DEAŞ-ın nəzarətindəki Buhatir kəndindəki məscidə hücum etdi. Hücum nəticəsində dinc vətəndaşlarndan 17-si həyatını itirdi.

Qeyd edək ki, koalisiya qüvvələri keçən ay da Heccin qəsəbəsinin mərkəzi və qəsəbəyə bağlı Süse yaşayış məntəqəsində məscidləri hədəf götürmüşdü.



Әlaqәli Xәbәrlәr