İranda 80 mindən çox layihə yarımçıq qalıb

İran Daxili İşlər nazirinin müavini Mehdi Camalinejad 80 mindən çox layihənin yarımçıq qaldığını və bu layihələrin başa çatdırılması üçün özəl sektora təhvil verilməsinin məqsədəuyğun olduğunu söylədi.

1102469
İranda 80 mindən çox layihə yarımçıq qalıb

 İran informasiya agentliyi İSNA-nın yaydığı xəbərə görə, İran Daxili İşlər nazirinin müavini Mehdi Camalinejad Zəncan ostanında bələdiyyə başçıları ilə keçirdiyi görüşdən sonra mətbuat nümayəndələrinə açıqlamalar verib.
 
 Camalinejad ölkədə 80 mindən çox layihənin yarımçıq qaldığını, hökumətin bu layihələri təqib edəcəyini bildirib.
 
 Layihələri həyata keçirmək üçün böyük miqdarda sərmayəyə ehtiyac olduğunu qeyd edən Camalinejad özəl sektorun dövlət şirkətlərinə nisbətən daha uğurlu olduğunu və dövlətin əlində olan layihələrin özəl sektora təhvil verilməsi halında irəliləyişlərin ola biləcəyini söyləyib.
 
 İranda böyük  layihələr əsasən, başda İnqilab Keşikçiləri Ordusu olmaqla, silahlı qüvvələrə məxsus şirkətlər tərəfindən həyata keçirilir.

Prezident Həsən Ruhani bir neçə dəfə ordunu iqtisadi fəaliyyətlərinə son qoymağa çağırıb. 
 
 Ölkənin Müdafiə naziri Əmir Xatəmi avqust ayında veriyi açıqlamada ordu nəzdində nəqliyyat, energetika və tikinti sektorlarında fəaliyyət göstərən130-dan çox şirkətin bağlanaraq, layihələrin özəl sektora verildiyini bildirmişdi.
 
 Amerika Birləşmiş Ştatlarının mayın 8-də Tehran rəhbərliyi ilə 2015-ci ildə bağlanan  nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etdikdən sonra tətbiq etdiyi və İran iqtisadiyyatını hədəf alan sanksiyaları ölkənin onsuz da kövrək olan iqtisadiyyatındakı problemləri daha da dərinləşdirib, xarici sərmayələrin bir çoxu dayandırılıb.



Әlaqәli Xәbәrlәr