"Müqavilə sayəsində İran 2 il rahat nəfəs aldı", H.Ruhani

İranın şimalındakı Semnan əyalətinə səfərində universitet tələbələri bir araya gələn H.Ruhani buradakı çıxışında ABŞ-la 2015-ci ildə bağlanılan nüvə sazişi mövzusuna toxunaraq deyib...

1100660
"Müqavilə sayəsində İran 2 il rahat nəfəs aldı", H.Ruhani

  İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları (ABŞ) ilə aparılan nüvə müzakirələrinin yanlış olmadığını bildirərək müqavilə sayəsində ölkəsinin 2 il rahat nəfəs aldığını söylədi.

  İranın şimalındakı Semnan əyalətinə səfərində universitet tələbələri bir araya gələn H.Ruhani buradakı çıxışında ABŞ-la 2015-ci ildə bağlanılan nüvə sazişi mövzusuna toxunaraq deyib:  

  “ABŞ ilə dəyirmi masaya oturmaq ona güvənmək anlamına gəlmir. İranın dini lideri Ayətulla Ruhulla Xomeyni zamanında dövrün Xarici İşlər naziri ilə İraqın keçmiş başçısı Səddam Hüseyn arasında 2 il müzakirələr getdi.

  Biz onsuz da heç zaman ABŞ-a yüz faiz etimad göstərmədik. Amma bağladığımız müqaviləni müdafiə edirik. Çünki ABŞ-la nüvə danışıqları doğru gedib. İranın bütün orqanları da bunun doğruluğunu təsdiq edir. Biz nüvə müqaviləsinin faydalarını 2016 və 2017-ci illərdə gördük. Bank, gəmiçilik, neft, neft-kimya və polad sektorunun önü açıldı. Nüvə sazişi ilə İran 2 il nəfəs aldı və ölkəyə milyardlarla dollar sərmayə yatırıldı.

  Anlaşmadan əvvəl gündə 1 milyon barrel neft ixrac edirdiksə, sonra bu rəqəm 2 milyon 500 min barrelə çıxdı. Amma müqavilənin tərəflərindən biri çəkilincə biz yenə 2014-2015-ci illər öncəsi şərtlərə geri qayıtdıq.

  Nüvə müqaviləsindən əvvəl dünya İranı qınayırdı, bu gün isə ABŞ-a qarşıdır.

  Bundan başqa, ABŞ təkcə bu il 8 dəfə birbaşa, 3 dəfə isə dolayısı ilə bizdən müzakirə tələb etdi, amma biz bunu xalqımızın izzətini qorumaq üçün qəbul etmədik.”

  Xatırladaq ki, İran rəhbərliyi ilə P5+1 ölkələri və (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya) Avropa İttifaqı arasında təxminən üç il davam edən danışıqlardan sonra 2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlinmişdi. Keçmiş ABŞ prezidenti Barak Obama dövründə imzalanan və Donald Trampın vəzifəyə gəlməsilə müqavilə tanınmadı: ABŞ rəhbərliyi 2018-ci ilin 8 mayında nüvə müqaviləsindən təktərəfli geri çəkildiyini bildirdi və İrana yönəlik sanksiyaları mərhələli olaraq yenidən başladı.



Әlaqәli Xәbәrlәr