Əsəd rejimi yenə İdlibə hücum etdi: 1ölü, 3 yaralı

Suriyada Bəşər Əsəd rejiminin və onun dəstəkçisi olan xarici terrorçu qrupların Soçi atəşkəs  razılaşmasına məhəl qoymayaraq, İdlibdəki mülki yaşayış məntəqələrinə etdiyi hücumlarda bir nəfər həlak oldu, 3 nəfər yaralandı.

1097471
Əsəd rejimi yenə İdlibə hücum etdi: 1ölü, 3 yaralı

 Əsəd rejimi və İran dəstəkli xarici terrorçu qruplar bu gün də İdlib deeskalasiya zonasının sərhədləri daxilində olan və Soçi razılaşması çərçivəsində ağır silahlardan təmizlənilmiş bölgədə mülki yaşayış məntəqələrini hədəf aldı.
 
 İdlib Mülki Müdafiə mənbələrindən alınan məlumata görə, Əsəd rejimi və havadarları
 İdlibin Cercenaz və Tuh bölgələrinə artilleriya hücumları təşkil ediblər.
 
 Hücumlarda 1 nəfər ölüb, 3 nəfər də yaralanıb.
 
 Qeyd edək ki, sentyabrın 17-də Türkiyə və Rusiya arasında əldə olunan Soçi razılaşmasından bu yana rejimin hücumları nəticəsində 33 mülki vətəndaş həlak olub, çox sayda mülki vətəndaş da yaralanıb.
 
 Rejim qüvvələrinin hücumları davam etdiyi halda, hərbi müxaliflər razılaşmaya riayyət edərək, oktyabrın 10-da  müəyyən olunmuş bölgələrdən ağır silahlarını çəkiblər.
 
 
 
 



Әlaqәli Xәbәrlәr