Əfqanıstanda 6 milyon nəfər hümanitar yardıma möhtacdır

Əfqanıstanda 50% -i uşaq olmaqla 6 milyon nəfər hümanitar yardıma möhtacdır. Bu məlumat BMT Uşaq Fondu UNICEF tərəfindən yayılıb.

1096307
Əfqanıstanda 6 milyon nəfər hümanitar yardıma möhtacdır

UNICEF-in Əfqanıstan üzrə rəsmi işçisi Alison Parker, dünən BMT-nin Cenevrədəki Ofisində start götürən "Əfqanıstan Konfransı" na dair mətbuata açıqlama verib. O bildirib ki, son illərdir ölkədə davam edən qarşıdurmalardan ən çox uşaqlar təsirlənir.

2018-ci ilinin şiddət hadisələri, quraqlığın hökm sürməsi, ölkənin qida ilə kifayət qədər təmin olunmaması, yoxsulluğun artması kimi səbəblərlə ən çətin və problemli il olduğuna diqqət çəkən Parker, Əfqanıstanda 6 milyon insanın hümanitar yardıma möhtac olduğunu, 3 milyondan çox məktəblinin təhsildən məhrum qaldığını, 11 ay ərzində 5 min qədər əfqan uşağın öldüyünü vurğulayıb.

BMT Mühacirlər Yüksək Komissarlığının (BMTMYK) sözçüsü Babar Baloch da  Əfqanıstanda şiddət hadisələri və davam edən quraqlıq səbəbindən ev-eşiyini tərk edənlərə çadır başda olmaqla hümanitar yardım çatdırmağa başladıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr