"Yeganə yol budur, çünki Rusiya başqa dil anlamır”, V.Yelçenko

Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Volodimir Yelçenko Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırıb.

1095555
"Yeganə yol budur, çünki Rusiya başqa dil anlamır”, V.Yelçenko

  Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Volodimir Yelçhenko Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırıb.

  V.Yelçenko BMT-inin Təhlükəsizlik Şurasında Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı toplantıdan əvvəl jurnalistlərə açıqlamasında söyləyib:

  “Rusiyaya qarşı sanksiyalar artırılmalıdır. Yeganə yol budur, çünki Rusiya başqa bir dili başa düşmür.”

  Qeyd edək ki, Rusiya Azov dənizində Ukrayna ilə yaşanan gərginlikdən sonra BMT-ni təcili toplantı etməyə çağırmışdı.

  25 noyabrda səhər saatlarında Rusiya tərəfi Azov dənizində Ukraynanın "Yanı Kapu" yedək, eləcə də "Berdyansk" və "Nikopol" qayıqlarının Kerç boğazından keçməsinə mane olub. Keçidin qarşısını almaq üçün Rusiya gəmiləri Krım körpüsünün altına tanker yerləşdirib, hətta bu yedək qayığı atəşə tutub. Elə həmin gün axşam saatlarda Rusiya gəmiləri onlara hücum edərək ələ keçirib, 6 ukraynalı dənizçisini yaralayıb.

  BMT artan gərginliklə əlaqədar Rusiyanı təcili toplantı etməyə çağırıb. Ancaq Rusiya sərhədlərinin pozulması ilə əlaqədar 15 üzvlü şurada ona lazım olan 9 ölkənin dəstəyini almaq üçün “Azov dənizində Rusiya-Ukrayna gərginliyi” başlıqlı toplantı keçirib.

  Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley İngiltərə, Hollandiya, Polşa və İsveç adından verdiyi bəyanatda Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək Rusiyanın bu toplantısını təxribat adlandırıb, bunu sərhədlərinin pozulması başlığı altında deyil, uyğun bir gündəm maddəsi kimi müzakirə etməli olduğunu deyib.

  Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Dmitri Polyanski isə Ukraynanı beynəlxalq hüququ pozmaqda təqsirləndirib.



Әlaqәli Xәbәrlәr