Sanksiya tətbiq  olunanların adları açıqlandı

ABŞ-ın maliyyə rəhbərliyi İrana sanksiya tətbiqi ilə bağlı siyahıya salınan qurum, şəxs və şirkətlərin adlarını açıqlayıb.

1082236
Sanksiya tətbiq  olunanların adları açıqlandı

Rəhbərliyin internet saytında əks edən siyahıda 300-dən çox İran vətəndaşı, enerji nəqliyyat sektorlarında fəaliyyət göstərən 100-dən çox təşkilat və 200 qədər dənizçilik şirkəti, 50-si İranlı banklar olmaqla 70 maliyyə təşkilatı, İran Hava yolları və 67 təyyarəsi iştirak edir.

Sanksiya tətbiq olunacaq banklar arasında İran İxracat İnkişaf Bankı, Bank Melli, Arian Bank, Future Bank, qəvamin Bank, Bank Sepah, Sənaye və Mədən Bankı, Poçt Bank, Bank Tecarət, Ayəndə Bank  var.

İran Milli Neft Şirkəti də siyahıya daxil edilib. Bu şirkətin başqa ölkələrdəki ortaqlarına da sanksiya tətbiq olunacaq.

İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və nəzarət etdikləri 211 gəmi və əlaqəli olduqları 65 xüsusi və hüquqi şəxs də embarqo tətbiq olunacaqlar arasında yer alır.

ABŞ rəhbərliyinin sanksiya tətbiq etdiyi bütün şəxs, təşkilat, dənizçilik və hava şirkətlərinin əks olunduğu siyahı www.treasury.gov/resource-center/sanctions/OFAC-Enforcement/Pages/20181105_names.aspx ünvanından əldə ediləbilər.



Әlaqәli Xәbәrlәr