İranda toz fırtınası

İranın cənubundakı Sistan-Beluçistan əyalətində təsirli olan toz fırtınası ilə əlaqədar bölgədəki bütün dövlət orqanları üçün tətil elan edilib.

1080841
İranda toz fırtınası

 İranın cənubundakı Sistan-Beluçistan əyalətində təsirli olan toz fırtınası ilə əlaqədar bölgədəki bütün dövlət orqanları üçün tətil elan edilib.

  Sistan-Beluçistan İcra Hakimiyyəti Böhran İdarəetmə Mərkəzinin Rəhbəri Əbdülrəhman Şəhnevazi əyalətin şimalındakı şiddətli külək və hava çirklənməsinə görə bütün dövlət orqanları və məktəblərə tətil verildiyini, ancaq xəstəxanaların xidmətə davam edəcəyini bildirib.

  İran rəsmi xəbər agentliyi İRNA-ya verdiyi məlumatda Ə.Şəhnevazi deyib: “Sistan-Beluçistan əyalətinin şimalında sərt küləyin sürəti saatda 112 kilometri keçir və gətirdiyi zərərli hissəciklərin sıxlığı 6262 mikroqram kubmetr olaraq ölçülüb. Halbuki insan sağlamlığı üçün həmin hissəciklərin sıxlığı 150 mikroqram kubmetr olmaldıdır. Bölgədə bu günlərdə yaranan hava çirkliliyi 42 dəfə artıqdır. Pis hava şərtləri gündəlik həyata mənfi təsir edir. Hava çirklənməsi səbəbindən əyalətin Zabul Hava Limanındakı görmə məsafəsinin 400 metrə enib”.



Әlaqәli Xәbәrlәr