Taliban ABŞ ilə danışıqlara hazırlaşır

‘Taliba’nın ABŞ rəhbərliyi ilə danışıqlara hazırlaşdığı bildirilib. Bu barədə "Taliban" mətbuat katibi Zabihullah Mücahid açıqlama verib.

1080509
Taliban ABŞ ilə danışıqlara hazırlaşır

Açıqlamada Əfqanıstanda sülhün bərpasına dair ABŞ ilə birbaşa danışıqlara oturmaq üçün Qətərdəki Taliban ofisində işlərin başladığını söyləyib. İşlər 2014-cü ildə "Taliban"ın əlində girov saxlanılan ABŞ hərbçisi Bou Berqal müqabilində sərbəst buraxılan 5 nüfuzlu təşkilat rəhbəri tərəfindən aparılır. Mücahid sülh danışıqlarının əvvəl ABŞ ilə aparılacağını deyib. Əfqanıstanda dərc olunan Vaisa qəzeti təşkilatın 5 rəhbərinin (Molla Fazeli, Hayrullah Xeyxah, Abdul Haqq Vasim, Molla Norullah Nuri və Muhammad Nabi Öməri) "Taliban" lideri Molla Heybətullah Axundzadənin göstərişilə Əfqanıstan hökuməti və təşkilat arasında sülh danışıqlarında iştirak edəcəyini bildirib. Bu liderləin sülh danışıqlarında iştirakının ölkədə sabitliyin təmin edilməsi baxımından yeni ümidlər bəxş edir.

Qeyd edək ki, Əfqanıstan Dövlət Başçısı Əşrəf Qani rəhbərliyindəki hökumət üçün ciddi təhdid ünsürü olan Taliban təşkilatı, hələ də ölkənin bir çox bölgəsinə nəzarəti əlində tutur. Həmin ərazilərdə isə ciddi təhlükəsizlik problemləri cərəyan edir.



Әlaqәli Xәbәrlәr