Mustafa Akıncı ilә Nikos Anastasiadis arasında görüş olacaq
Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı ilә Yunan icmasının lideri Nikos Anastasiadis altı ay fasilәdәn sonra yenidәn görüşәcәk.
Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı ilә Yunan icmasının lideri Nikos Anastasiadis altı ay fasilәdәn sonra yenidәn görüşәcәk.
Liderlәr keçirilәcәk qeyri-rәsmi görüşdә yeni müzakirә prosesi әtrafında fikir mübadilәsi aparacaqlar.
Birlәşmiş Millәtlәr Tәşkilatının Kipr üzrә xüsusi nümayәndәsi Elizabet Speharın ev sahibliyindә keçirilәcәk görüşdә ‘‘Derinya’’ vә ‘‘Apliç’’ sәrhәd-keçid mәntәqәlәrinin açılacağı tarix dә müzakirә olunacaq.
Mustafa Akıncı vә Nikos Anastasiadis Krans- Montana prosesinin tәğv olunmasından sonra ilk dәfә görüşәcәk.
Liderlәrin görüşü oktyabrın 31-dә baş tutacaq.
Keçәn il İsveçrәnin Krans-Montana şәhәrindә aparılan Kiprla bağlı danışıqlar nәticәsiz qalmışdı.
Qeyd edәk ki, müzakirәlәr iqtisadiyyat, Avropa İttifaqı, mülkiyyәt, rәhbәrlik, torpaq, tәhlükәsizlik vә zәmanәt kimi altı әsas başlıqdan ibarәt idi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir