Hәsәn Ruhani Camal Xaşoqçi mәsәləsi ilә bağlı açıqlama verdi

İran prezidenti Hәsәn Ruhani Sәudiyyә Әrәbistanının Amerika Birlәşmiş Ştatlarının dәstәyi olmadan sәudiyyәli jurnalist Camal Xaşoqçini öldürә bilmәyәcәyini irәli sürdü.

1074802

İranın rәsmi xәbәr agentliyi İRNA-nın yaydığı xәbәrә әsasәn, İran prezidenti Hәsәn Ruhani  Nazirlәr Kabinetinin iclasındakı çıxışında Camal Xaşoqçi cinayәtini ‘‘vәhşicәsinә törәdilәn cinayәt’’ adlandırıb.

Hәsәn Ruhani deyib: ‘‘ABŞ-ın dәstәyi olmadan heç bir ölkәnin belә bir cinayәt törәdәcәyini  düşünmürәm’’.

Türkiyә hökumәtinә cinayәtin bütün detallarını aydınlığa qovuşdurması ilә әlaqәdar çağırış edәn Hәsәn Ruhanı: ‘‘Heçkim bu әsrdә belә bir cinayәtin planlaşdırıldığını tәsәvvür edә bilmәzdi’’ deyә qeyd edib.

‘‘Washington Post’’ qәzetinin müxbiri Camal Xaşoqçi 2018-ci ilin 2 oktyabr tarixindә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluq binasına daxil olduqdan sonra itkin düşmüşdü.

Sәudiyyә Әrәbistanı rәhbәrliyi oktyabrın 20-dә Camal Xaşoqçinin konsulluq binasında baş verәn mübahisә zamanı öldüyünü açıqlamışdı.

Әlaqәli Xәbәrlәr