Baş nazir Xarici İşlər naziri vəzifəsini də öz üzərinə götürdü

Yunanıstan baş naziri Aleksis Çipras Xarici İşlər naziri Nikos Kociasın istefasından sonra onun da vəzifəsini öz üzərinə götürdü.

1072415
Baş nazir Xarici İşlər naziri vəzifəsini də öz üzərinə götürdü

    Prezident Sarayında ölkə başçısı Prokopis Pavlopulosun hüzurunda and içərək vəzifəyə başlayan A.Çipras daha sonra Xarici İşlər Nazirliyinə gedərək sələfi Kociasdan vəzifəni təhvil alıb. O, burada etdiyi çıxışında Nikos Kociasa xidmətlərinə görə təşəkkür edərək deyib: “Yunanıstan 3 yarım illik SYRİZA hökuməti dövründə yürütdüyü xarici siyasətlə bölgədə sabitlik yaradaraq lider rolu oynadı. Bu çərçivədə Türkiyə ilə münasibətlərdə və Kipr (Kıprıs) məsələsində də mühüm irəliləyişlər əldə edildi.”

  N.Kocias da çıxışında vəzifəsini icra etdiyi boyu ona göstərdiyi etimada görə Çiprasa təşəkkür edib.

  Qeyd edək ki, Nikolas Kocias Makedoniya ilə ad məsələsində hökumətdə baş verən mübahisədən sonra istefa edib. Baş nazir Çipras isə onun istefasından sonra Xarici İşlər naziri vəzifəsini də öz üzərinə götürəcəyini bildirmişdi.  



Әlaqәli Xәbәrlәr