Hüseyin Selami: ''Sionist rejim heç bir zaman qәlәbә qazana bilmәyәcәk''

İran İnqilab Keşikçilәri Korpusunun komandiri Hüseyin Selami ‘‘sionist rejimin’’ heç bir zaman qәlәbә qazana bilmәyәcәyini deyib.

1065148
Hüseyin Selami: ''Sionist rejim heç bir zaman qәlәbә qazana bilmәyәcәk''

İran İnqilab Keşikçilәri Korpusunun komandiri Hüseyin Selami ‘‘sionist rejimin’’ heç bir zaman qәlәbә qazana bilmәyәcәyini deyib.

‘‘Fars’’ xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Hüseyin Selami orduya qatılan könüllülәrә müraciәt edәrәk ‘‘İsrail bizim üçün tәhdid tәşkil etmir. Hizbullahın  onları yox etmәk üçün kifayyәt qәdәr gücü var'' deyib.

Hüseyin Selamı Amerika Birlәşmiş Ştatlarınının Orta Şәrqdәki müharibәyә 7 trilyon dollar vәsait ayırdığını deyib. O, regionun heç bir yerindә hәrbi bazası olmayan İranın tәsirinin artmasına toxunub.

Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisindә çısış edәn İsrail Baş naziri Benyamin Netanyahu İsrail әleyhinә açıqlama vermişdi vә Tehranda gizli nüvә obyektinin olduğunu iddia etmişdi.

Xatırladaq ki, İran Xarici İşlәr naziri Cavad Zәrif  Binyamin Netanyahunun Birlәşmiş Millәtlәr Baş Mәclisindәki çıxışını ‘‘şou’’ adlandırmışdı.

Cavad Zәrif şәxsi internet sәhifәsindәn verdiyi açıqlamada bu ifadәlәrә yer vermişdi: ‘‘Heç bir şou İsrailin bölgәmizdә nüvә silahları daxil olmaqla gizli vә açıqlanmamış nüvә silah proqramına sahib tәk ölkә olduğu hәqiqәtinin üstünü örtә bilmәz. İsrailin qeyri-qanuni nüvә silah proqramını etiraf edәrәk  beynәlxalq müfәttişlәrin araşdırma aparmasına imkan vermәlәsinin zamanı gәlmişdir’’.

 



Әlaqәli Xәbәrlәr