ABŞ-ın Türkiyəyə Münbiçlə bağlı cavabı

Joseph Votel  Türkiyə ilə Suriyanın Münbiç bölgəsilə əlaqəli əldə edilən yol xəritəsi çərçivəsindəki məsuliyətlərinə sadiq olduqlarını və həyata keçirilməsi mövzusunda gözlədikləri nöqtədə olduqlarını irəli sürüb.

1062673
ABŞ-ın Türkiyəyə Münbiçlə bağlı cavabı

ABŞ-ın Mərkəzi Qüvvələr (CENTCOM) komandanı Joseph Votel  Türkiyə ilə Suriyanın Münbiç bölgəsilə əlaqəli əldə edilən yol xəritəsi çərçivəsindəki məsuliyətlərinə sadiq olduqlarını və həyata keçirilməsi mövzusunda gözlədikləri nöqtədə olduqlarını irəli sürüb.

Ordu generalı Votel ABŞ Müdafiə Nazirliyilə (Pentaqon) telekonfransla  əlaqə saxlayaraq  ölkəsinin Orta Şərqdəki əməliyyatlarını dəyərləndirib.

Jurnalistlərdən birinin Münbiçlə əlaqəli yol xəritəsinin məqsədlərindən birinin oranı terror təşkilatı YPG/PKK-dan təmizləmək olduğunu, ancaq bunun hələ də reallaşmadığını xatırladaraq, ABŞ-ın bunu nə zaman həyata keçirəcəyi sualına cavabən Votel deyib ki, Münbiç yol xəritəsilə əlaqəli düzgün yolda olduğumuzu fikirləşirəm. Bu təqvimlərin şərtlərdən asılı olacağını vurğuladıq. Hamısı olmasa da YPG-nin əksəriyyəti şəhərdən çıxarılıb. Türkiyə ilə ortaq patrullar üçün işləyirik. Təlimçilərin təlimlərinə başlandı, patrulda iştirak edəcək qüvvələrin təlimləri üçün isə hazırlıqlar görülür.

“Anadolu” xəbər agentliyi müxbirinin Prezident Aparatının sözçüsü İbrahim Kalının srağa günü verdiyi bəyanatı xatırladaraq “Münbiç yol xəritəsi 90 gün ərzində həyata keçirilməlidir, ancaq hələ ortaq nəzarət fəaliyyətləri belə başlamayıb. Bu ləngimənin məsuliyyətlisi kimdir? Türkiyəmi, ABŞ mı” sualı qarşısında Votel bildirib ki, heç kəs məsul deyil. Bu, razılaşmanın şərtlərdən asılı tətbiq edilməsidir. Bu mövzuda ən başından bəridir açıq olduq və irəliləyirik.

“Keçən müddət nəzərə alındıqda ABŞ-ın Türkiyə ilə qəbul etdiyi razılaşma çərçivəsindəki məsuliyyətlərinə də hələ də sadiq olduğunu söyləyə bilərsinizmi?” sualına isə Votel “Qətiyyətlə razılaşmaya sadiq olduğumuzu söyləyə bilərim” deyib.



Әlaqәli Xәbәrlәr