Ermənistan Baş naziri istefa verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan,verdiyi göstəriş nəticəsində bəzi nazir və valilər vəzifədən azad edildikdən sonra istefa edəcəyini açıqlayıb.

1061549
Ermənistan Baş naziri istefa verəcək

Məlumata görə qərar elan edildikdən sonra xeyli nümayişçi parlament binasına axışaraq Baş nazirin istafasını tələb edib.

Baş nazir Paşinyan "Çiçəklənən Ermənistan" partiyası mənsubu valilərin və Erməni İnqilabiçı Federasiyası (Daşnaksütyun) partiyasından nazirlərin vəzifədən azad edilmələrinə dair sərəncam imzalamışdı. O bir müddət əvvəl verdiyi açıqlamada növbədən kənar seçkilərə zərurət olduğunu irəli sürmüşdü. Müxalif partiyalar isə bunun üçün lazımlı vaxtın olmadığını ifadə edərək etirazlarını bildirmişdilər.



Әlaqәli Xәbәrlәr