Mitinq əsnasında  partlayış olub

Əfqanıstanın şərqində  yerləşən  Nanqarhar vilayətində seçki mitinqinə hücum  təşkil  edilib.  Hadisədə   13  nəfər   həyatını  itirib.

1060840
Mitinq əsnasında  partlayış olub

Nanqarhar icra hakimiyyətinin səlahiyyətli işçisi Ataullah Hoqyaninin  məlumatına görə, üzərində   bomba  yerləşdirmiş  komikadze  Nanqarhar millət vəkili  namizədi  Nasir Mohmandın   seçki mitinqi əsnasında  özünü  partladıb.13  nəfərin  həyatını  itirdiyi  hücumda  30 nəfər də  yaralanıb.

Hücuma  görə    məsuliyyəti  üzərinə  götürən olmayıb.

Qeyd  edək  ki,  Əfqanıstanda  parlamentə  seçkilərin 20  oktyabrda  keçirilməsi  planlaşdırılır.



Әlaqәli Xәbәrlәr