İraqda keçən ay 75 mülki vətəndaş həyatını itirdi

İraqda keçən ay “terror, zorakılıq və silahlı toqquşmalarda” 75 mülki vətəndaş həyatını itirdi.

1060439
İraqda keçən ay 75 mülki vətəndaş həyatını itirdi

İraqda keçən ay “terror, zorakılıq və silahlı toqquşmalarda” 75 mülki vətəndaş həyatını itirdi.

BMT-nin İraqa yardım missiyası (UNAMI) tərəfindən yayılan hesabatda bildirilib ki, İraqda sentyabr ayında terror, zorakılıq hadisələri və silahlı toqquşmalarda 75 sivil həyatını itirdi, 179 nəfər isə yaralandı. Sivil itkilər ən çox Bağdad, Ənbar və Səlahaddin şəhərlərində qeydə alındı. Sentyabr ayında Bağdadda 37, Ənbarda 15, Səlahaddin şəhərində isə 9 nəfər dinc vətəndaş həyatını itirdi.

İraqda avqust ayında yaşanan terror, zorakılıq hadisələri və toqquşmalarda isə 90 mülki vətəndaş öldü, 117 nəfər isə yaralandı.

Qeyd edək ki, İraqda ABŞ-ın 2003-cü ildəki işğalından bəridir təqribən hər gün yaşanan şiddət hadisələri terror təşkilatı DEAŞ-ın ölkədə ortaya çıxması ilə ciddi şəkildə artdı.

Terror təşkilatı DEAŞ 10 iyun 2014-cü ildə İraqın Mosul vilayətini daha sonra Səlahaddin və Ənbarı ələ keçirmiş, təhlükəsizlik qüvvələri, beynəlxalq koalisiyanın dəstəyilə 2017-ci ildə bu şəhərlərdə böyük nisbətdə nəzarəti ələ keçirdi.

İraqın Baş naziri Heydər əl-İbadi 2017-ci il tarixində  terror təşkilatı DEAŞ-ın hərbi mövcudluğunun sona çatdığını elan etdi.

Ancaq terror təşkilatı DEAŞ üzvü terrorçular xüsusilə kənd bölgələrində və gecə saatlarında dinc vətəndaşlara qarşı hücumlarını davam etdirirlər.



Әlaqәli Xәbәrlәr