İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi: "Terrorçular İranın intiqam alacağını bilməlidirlər"

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqıri ötən gecə Suriyanın Deyrizor bölgəsinə təşkil etdikləri raket hücumunun davamının gələcəyini bildirdi.

1060290
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi: "Terrorçular İranın intiqam alacağını bilməlidirlər"

 İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqıri paytaxt Tehranda qatıldığı bir proqramda ötən gecə İnqilab Keşikçiləri Ordusunun Suriyanın Deyrizor şəhərinin Elbu Kamal  rayonuna keçirdiyi raket hücumu ilə bağlı bəyanat verdi.
 
 İranın Əhvaz şəhərində törədilən silahlı hücumdan sonra son bir həftədə "uyğun cavab" üçün müxtəlif addımlar atdıqlarını bildirən Bakıri kəşfiyyat nəticəsində təcavüzkarların İran əleyhinə olan bir qrupla əlaqəli olmalarına baxmayaraq, DEAŞ tərəfindən Deyrizordan yönləndirildiklərinin müəyyən olunduğunu bildirdi.
 
 Raket hücumunun uğurlu olduğunu və DEAŞ-ın bir çox komandirinin öldürüldüyünü deyən Baş Qərargah rəisi:" Bu bir başlanğıc idi, davamı gələcək. Terrorçular İranın intiqam alacağını bilməlidirlər" ifadələrini işlətdi.
 
 İran PUA-larının da bir-iki ölkəni keçərək, hədəfə çatdıqlarını qeyd edən Baqıri raketlərin DEAŞ bölgələrini hədəf aldığını söylədi.
 
 Bakıri DEAŞ ilə birlikdə hücumu təşkil edən İran əleyhinə qrupun liderlərinin Avropa ölkələrində olduğunu dedi.
 
 Qeyd edək ki,İ ran İnqilab Keşikçiləri Ordusundan verilən açıqlamada ötən gecə Türkiyə vaxtı ilə saat 01.30-da Suriyanın Deyrizor şəhərinin Elbu Kamal rayonuna orta mənzilli 6 balistik raket atıldığı və sonra 7 PUA hücumu keçirildiyi bildirilib.
 
 İranın qərbindəki Kermanşah şəhərindən atılan raketlərin 750 kilometr mənzilli "Zülfüqar" və 800 kilometr mənzilli "Qiyam" raketləri olduğu qeyd olunub.
 
 Xatırladaq ki, İranın cənub-qərbindəki Huzistan ostanının Əhvaz şəhərində 22 sentyabrda hərbi parad mərasimində silahlı terror hücumu törədilmiş, nəticədə 25 nəfər həlak olmuş, 69 nəfər yaralanmışdı.
 
 Sözügedən hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü bildirilmişdi.



Әlaqәli Xәbәrlәr