Suriyada faciənin dəhşətli nəticələri: 14 min nəfərə işgəncə verildi

ABŞ, İngiltərə və Fransadan yüksək səviyyəli səlahiyyətlilər BMT 73. Baş Məclisinin iclası çərçivəsində birgə təşkil etdikləri yığıncaqda Bəşər Əsəd rejiminin Suriyadakı insan hüquqları pozuntularını müzakirə etdi.

1058165
Suriyada faciənin dəhşətli nəticələri: 14 min nəfərə işgəncə verildi

ABŞ, İngiltərə və Fransadan yüksək səviyyəli səlahiyyətlilər BMT Baş Məclisinin 73-cü iclası çərçivəsində birgə təşkil etdikləri yığıncaqda Bəşər Əsəd rejiminin Suriyadakı insan hüquqları pozuntularını müzakirə etdi.

ABŞ Dövlət Departamentinin açıqlamasında ABŞ, İngiltərə və Fransadan yüksək səviyyəli səlahiyyətlilərin Suriya insan hüquqları müdafiəçilərilə bir araya gələrək, Əsəd rejimi tərəfindən tətbiq edilən çox sayda həbs qərarı haqqında məlumat əldə etdiyi ifadə edildi.

Açıqlamada Suriyada qeyri-hökumət təşkilatları və Demokratiya Mərkəzi, İnsan Hüquqları üçün Suriya Təşkilatı, Azadlıq Ailələri, Suriya Ədalət və Məsuliyyət Mərkəzi kimi qrupların insan hüquqları nümayəndələrinin çıxış etdiyi yığıncaqda Suriyadakı vətəndaş müharibəsinin başladığı gündən etibarən 210 min adamın həbs olunduğu, 85 min adamın itkin düşdüyü və 14 min insana işgəncə verildiyi bildirildi.

Açıqlamada "İnsan hüquqları təşkilatları Əsəd rejiminin hələ bir üsyan baş vermədən əvvəl belə xalqa nəzarəti davam etdirmək və özünə rəqib gördüyü insanların ailələrini hədəf götürərək qorxutmaq məqsədi ilə yayğın şəkildə işgəncə vérdiyini və nəzarət tətbiq etdiyini söylədi" ifadəsi yer tutub.

Ayrıca BMT-nin 2011-ci ildən bəridir Əsəd rejimindən məhkumların qarşı-qarşıya olduğu şərtlərin araşdırılması üçün həbsxanaları açmasını, məhkumların sərbəst buraxılması və itkin düşənlərin tapılmasını təkidlə istədiyi bildirilən açıqlamada Əsəd rejiminin ölkəyə nəzarəti əlində tutmaq və suriyalılara hədə-qorşu gəlmək üçün işgəncə və həbslərin davam edəcəyi ifadə edilmişdir.



Әlaqәli Xәbәrlәr