İranda hərbi parad zamanı terror aktı törədildi

İranın Əhvaz şəhərində keçirilən hərbi paradda terror hadisəsi baş verdi.

1054587
İranda hərbi parad zamanı terror aktı törədildi

İranın Əhvaz şəhərində keçirilən hərbi paradda terror hadisəsi baş verib.

Naməlum şəxslər parad zamanı atəş açıblar. 

İlkin məlumata görə azı 8 hərbçi ölüb, 20-si yaralanıb. 

İran rəsmi xəbər agentlyi İRNA-nın yaydığı məlumatda 20 nəfərin yaralandığı, hücum edənlərdən 4-nün öldürüldüyü bildirilir.

Qeyd edək ki, bu gün Tehran daxil olmaqla, İranın müxtəlif yerlərində hərbi parad keçirilir. Belə ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb.

 

 



Әlaqәli Xәbәrlәr