Suriya ilə əlaqəli yığıncaqlar Cenevrədə keçirilməyə başlandı

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə zamin ölkələr Türkiyə, Rusiya və İrandan rəsmilər arasında Suriya üçün Konstitusiya Komitəsinə yekun forma qazandırılması məqsədilə keçirilən rəsmi yığıncaqlar İsveçrənin Cenevrə şəhərində başl

1047479
Suriya ilə əlaqəli yığıncaqlar Cenevrədə keçirilməyə başlandı

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə zamin ölkələr Türkiyə, Rusiya və İrandan rəsmilər arasında Suriya üçün Konstitusiya Komitəsinə yekun forma qazandırılması məqsədilə keçirilən rəsmi yığıncaqlar İsveçrənin Cenevrə şəhərində başladı.

Rusiyanın Soçi şəhərində 30 yanvarda keçirilən Suriya Milli Dialoq Konqresində Konstitusiya Komitəsi qurulması qərara alınmışdı.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə Astana prosesinin zamin ölkələri Türkiyə, Rusiya və İran heyətləri BMT-nin Cenevrə ofisində rəsmi danışıqları başladıb.

Dördlü formatda yığıncaqların gün boyu davam edəcəyi, Konstitusiya Komitəsilə əlaqəli bütün detalların müzakirə olunacağı gözlənilir.  

Yığıncaqlarda Türkiyəni Xarici İşlər nazirinin müavini Sədat Önal başçılığındakı heyət təmsil edir.

Rus heyətinə bu ölkənin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev ilə Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Vershinin, İran heyətinə isə Xarici İşlər nazirinin müavini Hüseyn Cabiri Ənsari təmsil edir.



Әlaqәli Xәbәrlәr