Rusiya və Əsəd rejiminin İdlibə istiqamətli hücumları davam edir

Suriyanın mərkəzi bölgələrində yerləşən Həma və şimalındakı İdlib şəhərlərində Rusiya və Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri tərəfindən mülki yaşayış məntəqələrilə hərbi müxalifətin və rejim əleyhinə silahlı qrupların cəbhə xəttlərinə edilən hücu

1045217
Rusiya və Əsəd rejiminin İdlibə istiqamətli hücumları davam edir

Suriyanın mərkəzi bölgələrində yerləşən Həma və şimalındakı İdlib şəhərlərində Rusiya və Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri tərəfindən mülki yaşayış məntəqələrilə hərbi müxalifətin və rejim əleyhinə silahlı qrupların cəbhə xəttlərinə edilən hücumlarda dinc vətəndaşlardan biri ölüb.

Rusiya və Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri bu gün səhər radələrində Həmanın şimalındakı Kefer Zita qəsəbəsilə İdlibin cənubundakı Habit yaşayış məntəqəsində sivil bölgələrlə hərbi müxalifətin və rejim əleyhinə hərbi qrupların cəbhə xəttlərinə hücum edib.

Habit bölgəsindəki hücumda dinc vətəndaşlardan biri həyatını itirib.

Digər tərəfdən müxalifətə məxsus təyyarələrə nəzarət mərkəzi məsullarının sosial şəbəkə vasitəsilə hücumlara dair verdiyi açıqlamada bildirilib ki, Hımeymim hərbi bazasından qalxan Rusiyaya məxsus üç və Əsəd rejiminə məxsus iki döyüş təyyarəsi Həma və İdlibin cənubundakı mülki yaşayış məntəqələrinə və müxalifətin cəbhə xəttlərinə hava hücumu təşkil etdi.

Rusiyaya məxsus döyüş təyyarələri son üç gün ərsində İdlibin qərbi, cənubqərbi və Həmanın şimalına hücum etmişdi. Həmin hücumlar nəticəsində 10 sivil həyatını itirmiş, 20 adam isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr