İdlib və Həmaya hava hücumu

Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın Həma və İdlib şəhərlərində mülki yaşayış yerləri və hərbi müxalifətin cəbhə xəttlərini vurub.

1044522
İdlib və Həmaya hava hücumu

Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın Həma və İdlib şəhərlərində mülki yaşayış yerləri və hərbi müxalifətin cəbhə xəttlərini vurub.

Rusiyaya məxsus döyüş təyyarələri nahar radələrində Həmanın şimalındakı Kəfər Zita qəsəbəsilə İdlibin cənubundakı Temeniya bölgəsində mülki müdafiə mərkəzilə hərbi müxalifətin və rejim əleyhinə hərbi qrupların cəbhə xəttlərinə hücum edib.

İdlib Mülki Müdafiə İdarəsinin müdiri Mustafa Hac Yusif verdiyi açıqlamada “İdlibin Temeniya yaşayış məntəqəsindəki Mülki Müdafiə Mərkəzi hədəf götürüldü. Mərkəzə maddi ziyan dəydi və artıq sıradan çıxdı” deyib.

Hücumlar nəticəsində ölən yaxud yaralanan olub olmadığı barədə məlumat yayılmayıb.

Digər tərəfdən müxalifət tərəfindən verilən açıqlamada “Hımeymim hərbi bazasından qalxan 6 rus qırıcısı Həma və İdlibin cənubundakı mülki yaşayış məntəqələrinə və müxalifətin cəbhə xəttlərinə hava hücumu etdi" ifadələri yer tutub.

Qırıcıların hücumları davam edir.

Qeyd edək ki, Rusiyaya məxsus döyüş təyyarələrinin iki gün əvvəl də İdlibin qərbi , cənub-qərbi və Həmanın şimalına hücumu nəticəsində 10 dinc vətəndaş ölüb, 20 adam isə yaralanıb.



Әlaqәli Xәbәrlәr