26 nəfərin öldüyü terror aktına görə məsuliyyəti ‘DEAŞ’ üzərinə götürüb

Əfqanıstan paytaxtı Kabildə, dünən gecə ardıcıl törədilən iki terror aktı nəticəsində həyatını itirənlərin sayı 26 nəfərə çatıb.

1044569
26 nəfərin öldüyü terror aktına görə məsuliyyəti ‘DEAŞ’ üzərinə götürüb

Əfqanıstan Daxili İşlər Nazirliyinin sezçü müavini Nasrat Rəhimi jurnalistlərə verdiyi açıqlamada çərşənbə günü Əfqanıstanın paytaxtı Kabilin qərbində törədilmiş terror aktına görə məsuliyyəti terror təşkilatı ‘DEAŞ’-ın üzərinə götürdüyünü bildirib.

Onun sözlərinə görə ötən gün Daşt-e-Barçi rayonunda, Kala-e-Nazir kvartalındakı idman klubunda keçirilən yarış zamanı terrorçu kamkadze partlayıcı qurğunu işə salıb. Bundan sonra klubun yaxınlığında, jurnalistlərin və polis əməkdaşlarının toplaşdığı yerdə minalanmış avtomobil partladılıb. Partlayışlar nəticəsində 20-dən çox insan, o cümlədən "Tolo News" telakanalının əməkdaşı Samim Faramaz həlak olub, habelə 70-dən çox insan yaralanıb.

 



Әlaqәli Xәbәrlәr