Suriyada ev-eşiyindən edilənlər

Suriyada Bəşər Əsəd rejimi və ona dəstək olanlar mühasirə və şiddətli hücumlar nəticəsində ələ keçirdiyi bölgələrdən 140 gün ərzində 128 min 926 nəfərin köçə məcbur etdi.

1028960
Suriyada ev-eşiyindən edilənlər

Suriyada Bəşər Əsəd rejimi və ona dəstək olanlar mühasirə və şiddətli hücumlar nəticəsində ələ keçirdiyi bölgələrdən 140 gün ərzində 128 min 926 nəfərin köçə məcbur etdi.

Əsəd rejiminin hücumlarından qaçaraq ölkənin şimalına sığınan mülki vətəndaşlara yardım edən suriyalı qeyri-hökumət təşkilatı Suriya Müdaxilə Koordinatorları 14 mart-31 iyul tarixləri arasında (140 gün) həmin köçlə əlaqəli hesabat yaydı.

Hesabatda paytaxt Dəməşqin cənub əraziləri, Şərqi Quta, Şərqi Kalamun, Yermuk düşərgəsi bölgələri, Homsun şimal əraziləri ilə Dera və Kuneytra vilayətlərindən şimalda müxalifətin nəzarətindəki bölgələri 140 gün ərzində 128 min 926 nəfərin köç etdiyi bildirilib.

Hesabatda Şərqi Quta və Şərqi Kalamundan 14 mart-24 aprel tarixləri arasında 73 min 964 nəfərin İdlib və Hələbdə müxalifətin nəzarətindəki bölgələrə məcburi köç etdirildiyi vurğulanıb.

Yermuk düşərgəsində müxalifətin nəzarətindəki Yelde, Bebbile və Beyt Sahim yaşayış məntəqələrindən isə 3-10 may tarixlərində 9 min 250 nəfər İdlibə aparılıb.

Beləliklə Dəməşqdə müxalifətin nəzarətindəki bölgələrdən 83 min 214 nəfər məcburi köçə məruz qalıb. 

Hesabata əsasən Homsun şimal ərazilərində Bəşər Əsəd rejimi və ona dəstək olanların mühasirəsindən məcburi köç çərçivəsində 07-18 mayda 35 min 648 nəfər İdlib və Hələbdə müxalifətin nəzarətindəki bölgələrdə yerləşdirilib.

Keçən ay da Suriyanın cənubundakı Dera və Kuneytra şəhərlərində rejim və müxalifətin əldə etdiyi razılaşmanı qəbul etməyən hərbi müxalifət və sivillər iki həftə davam edən təxliyələrlə ölkənin şimalına köç etmək məcburiyyətində qaldı.

Bu çərçivədə ölkənin cəubundan 15-31 iyulda reallaşan təxliyə prosesilə 10 min 64 nəfər ev-eşiyindən edildi.


Etiketlәr: #Əsəd rejimi , #köç

Әlaqәli Xәbәrlәr