Mahmud Abbas beynəlxalq ictimaiyyətə müraciət etdi

Fələstinin dövlət başçısı Mahmud Abbas İsrailin mühasirədə olan Qəzza zolağına təşkil etdiyi hücumlarına son qoymaq üçün beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırdı.

1029016

Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya görə, beynəlxalq səviyyədə sıx telefon görüşləri keçirən Abbas gərginliyin artması ilə bağlı xəbərdarlıq edib.

Abbas beynəlxalq ictimaiyyətə müraciət edərək, bölgənin daha çox dağılmaması və qeyri-sabit bir vəziyyətə düşməməsi üçün İsrailin hücumlarını dayandırmağı tələb edib.

Fələstin hökumətinin də daha əvvəl verdiyi açıqlamada:"Qəzza zolağındakı gərginlik və 11 ildir davam edən mühasirəyə görə İsrail hökuməti və Amerika Birləşmiş Ştatları məsuliyyət daşıyır" deyilmişdi.

İsrailin dünən axşamdan etibarən Qəzzaya etdiyi hücumlarda hamilə qadın və onun 1.5 yaşındakı uşağının da aralarında olduğu 3 fələstinli şəhid olub, ən azı 12-si yaralanıb.

İsrail ordusu çərşənbə axşamından etibarən Qəzzada Həmasa aid 140-dan çox hədəfin vurulduğunu, buna cavab olaraq Qəzzadan da 80 raketin atıldığını bildirib.

Әlaqәli Xәbәrlәr