Rusiya, Yunanıstan diplomatlarını ölkədən qovdu

Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Yunanıstanın Moskva səfiri Andreas Friganasa, ölkəsinin Rus diplomatları ilə əlaqəsi səbəbiylə   həyata  keçiriləcək   tədbirlər haqqında not verilib.

1027161
Rusiya, Yunanıstan diplomatlarını ölkədən qovdu

Rusiya Xarici İşlər Nazirliyinin  məlumatına  görə, Nazirliyə  dəvət  edilən   Friganasa, Yunanıstana cavab olaraq rəsmi  Moskvanın   qəbul  etdiyi   qərarlar  bildirilib.  Həmin  çərçivədə   Yunanıstan Xarici İşlər Nazirliyinin siyasi büro rəhbəri Yorqos Sakellarinin ölkəyə daxil olmasına qadağa qoyulub. Bundan əlavə Yunanıstanın Rusiyadakı səfirliyin 3 əməkdaşına da ölkəni tərk etmək göstərişi verilib.

Xarici işlər naziri Sergey Lavrovun sentyabr ayında Yunanıstana  planlaşdırılan     səfəri də ləğv   edilib.   



Әlaqәli Xәbәrlәr