Suriyada keçən ay 887 dinc vətəndaş öldürüldü

Suriyada keçən ay böyük hissəsi Bəşər Əsəd rejimi tərəfindən olmaqla 887 dinc vətəndaş öldürüldü.

1024951
Suriyada keçən ay 887 dinc vətəndaş öldürüldü

Suriyada keçən ay böyük hissəsi Bəşər Əsəd rejimi tərəfindən olmaqla 887 dinc vətəndaş öldürüldü.

Suriya İnsan Haqları Təşkilatı (SNHR) ölkədə həyatını itirənlərlə əlaqəli iyul ayına dair hazırladığı hesabatda 887 dinc vətəndaşın həyatını itirdiyini açıqladı.

Hesabatda qeyd olunub ki, Əsəd rejimi keçən ay 684 sivili qətlə yetirdi. Əsəd rejiminə havadan dəstək olan rus qüvvələrinin hücumunda isə keçən ay 6 dinc vətəndaş həyatını itirdi. Terror təşkilatı YPG/PKK isə 11 sivili öldürdü.

Terror təşkilatı DEAŞ 85 sivili öldürdükdə, DEAŞ əleyhinə beynəlxalq koalasiya qüvvələrinin hücumlarında isə 10 dinc vətəndaşın həyatına son qoyuldu.

Təşkilat aralarında qadın və uşaqların da olduğu 547 dinc vətəndayın işgəncə verilərək öldürüldüyünü açıqladı.

Hesabatda 2018-ci ilin əvvəlindən etibarən 693 sivilin işgəncə ilə öldürüldüyü, bunlardan 675-nin Əsəd rejimi tərəfindən qətlə yetirildiyi qeyd olundu.

Suriya İnsan Haqları Təşkilatı Suriyada böhranın başladığı mart 2011-ci il tarixindən avqust 2018-ci il tarixinədək 13 min 692 sivilin işgəncə verilərək öldürüldüyünə də diqqət çəkib.

Suriyadakı sivillərin qorunmasına çağıran hesabatda məsulların mühakimə edilməsi istənib.



Әlaqәli Xәbәrlәr