Misirin sabiq naziri İtaliyada saxlanıldı

Misirin sabiq naziri və qabaqcıl müxaliflərdən biri Məhəmməd Mahsub Qahirə rəhbərliyinin tələbi əsasında İtaliya orqanları tərəfindən saxlanıldığını bildirdi.

1024646
Misirin sabiq naziri İtaliyada saxlanıldı

Misirin sabiq naziri və qabaqcıl müxaliflərdən biri Məhəmməd Mahsub Twitter vasitəsilə paylaşdığı açıqlamada Misirin tələbi əsasında Katanya şəhəri yaxınlarında üç saat saxlanıldığını bildirdi.

Mahsub sosial paylaşma saytlarında yerləşdirdiyi videoda isə İtaliyanın cənubundakı Raqusa şəhərinin Comiso qəsəbəsində polis mərkəzində tutulduğunu qeyd etdi.

Ona qarşı dələduzluq və dövlət malını mənimsəmək kimi "uydurma" ittihamlar irəli sürüldüyünüi bildirən Mahsub ölkəsinin azadlığını müdafiə etdiyi kimi son nəfəsinə qədər öz azadlığını də müdafiə edəcəyini qeyd etdi.
 
 Mahsub seçkilər nəticəsində vəzifəyə gələn prezident Məhəmməd Mursinin hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırıldığı 2013-cü ilin iyulundan sonra Misirdən getmiş və Fransada yaşamağa başlamışdı.
 
 Mursi dövründə qısa bir dövrdə Hüquq Məsələləri Üzrə Dövlət naziri olan Məhəmməd Mahsub 2015-ci ildə Misir məhkəməsi tərəfindən 3 il şərti həbs cəzasına məhkum edildikdən sonra 2016-cı ildə İnterpolun qırmızı bülleteni ilə axtaranlar siyahısına əlavə olunmuşdu.

 

 

 

 



Әlaqәli Xәbәrlәr