Kabildə qaçırılan xaricilər öldürülüb

Əfqanıstanın paytaxtı Kabildə 3 xarici vətəndaş silahlılar tərəfindən qaçırılıb.

1024710
Kabildə qaçırılan xaricilər öldürülüb

Əfqanıstan Daxili işlər nazirliyinin mətbuat katibinin müavini Nasrat Rəhiminin məlumatına görə qaçırılan xarici şəxslər bir müddət sonra öldürülüb.

Qeyd olunur ki, qaçırılanlar Hindistan, Malayziya və Makedoniya vətəndaşları olub. Onların logistika şirkətlərinin birində işlədiyi məlumat verilib.

 Polisin istintaq başlatdığı hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.



Әlaqәli Xәbәrlәr