İrandan ABŞ-a nüvə müqaviləsinə geri qayıtmaq şərti

İran ABŞ ilə danışıqlar masasına oturmaq üçün bu ölkənin nüvə müqaviləsinə geri qayıtmasını şərt qoydu.

1022693
İrandan ABŞ-a nüvə müqaviləsinə geri qayıtmaq şərti

 ABŞ prezidenti Donald Trampın ön şərt olmadan İranla görüşə biləcəyi istiqamətindəki açıqlamalarına ilk reaksiya İranın dövlət başçısı Həsən Ruhaninin müşaviri Həmid Əbuturabidən gəldi.

Əbuturabi Twitter vasitəsilə verdiyi açıqlamada: "İran xalqına hörmət, düşmənçiliklərin azaldılması və ABŞ-ın nüvə müqaviləsinə geri qayıtması görüş üçün zəmin yaradacaqdır" deyə bildirdi.
 
 Xatırladaq ki, ABŞ-da rəsmi səfərdə olan İtaliya Baş naziri Cüzeppe Konte (Giuseppe Conte) ilə Ağ Evdə mətbuat konfransı keçirən Tramp İran prezidenti Ruhani ilə görüşəcəyini qeyd edərək: "İran istəsə, görüşərik. Digər insanlarla danışmaqda problem yoxdur. Xüsusilə, bu insanlarla mümkün bir döyüşə girə biləcəyin, ölümlərin ola biləcəyi hallarda, görüşərsən. Bunda bir problem yoxdur. Şimali Koreya lideri ilə də görüşdüm" demişdi və Ruhani ilə görüşməsinə qarşı ön şərti olmadığını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr