PKK/PYD-YPG əlindəki silahları qara bazarda satır

Suriyanın şimalında terror təşkilatı PKK/PYD-YPG-nin ABŞ-dan aldığı silahlar qara bazarda satılır.

1019969
PKK/PYD-YPG əlindəki silahları qara bazarda satır

ABŞ ilə imzalanan saziş çərçivəsində 2018-ci ilin axırınadək Suriyanın Münbiç qəsəbəsi ilə Fərat çayının qərbindən çıxarılması lazım gələn terror  təşkilatı PKK/PYD-YPG əlindəki silahları qara bazarda sataraq  təşkilata maliyyə mənbəyi təmin edir.

PKK/PYD-YPG-nin başda Münbiç olmaqla Suriyada işğal etdiyi bölgələrdən çəkiləcəyi və təşkilata göndərilən silahların geri alınacağına dair vədlər verən ABŞ əksinə terrorçulara yeni silahlar göndərir.

ABŞ-ın içində zirəhli texnikalar, ağır silahlar və silah-sursat olan 200 tırdan ibarət konvoyu İraq Kürd Regional İdarənin nəzarətindəki Semelka keçid məntəqəsindən Suriyaya daxil olub.

Digər tərəfdən Suriyanın şimalında isə terror təşkilatı PKK/PYD-YPG-nin ABŞ-dan aldığı silahlar qara bazarda satılır.

Türkiyə və ABŞ arasında əldə edilən razılaşmaya görə, YPG qüvvələri 2018-ci ilin axırınadək Münbiçdən və Fərat çayının qərbindən çəkilərək silahlarını ABŞ-a geri verməlidir.  

ABŞ-dan aldığı silahları geri qaytarmayan terror təşkilatı yerlərini dəyişərək bunları Türkiyənin ehtimal olunan bir əməliyyatına qarşı istifadə etməyi məqsəd götürür.



Әlaqәli Xәbәrlәr