Kabildə bombalı hücum, ölənlər var
Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti dəfə terror aktı törədilib. Terror nəticəsində azı 4 polis əməkdaşı həyatını itirib.
1019591
Kabil polis baş idarəsinin sözçüsü Həşmət Stanikzeyin məlumatına görə paytaxt şəhərin Bağe Daud rayonunda terrorçu kamikadze özünü partladıb. Nəticədə 4 hüquq mühafizə əməkdaşı ölüb 5 nəfər isə yaralanıb. Terror aktına görə məsuliyyəti terror təşkilatı "Taliban" üzərinə götürüb. Taliban sözçüsü Zabihullah Mücahid bomba yerləşdirilmiş avtomobilin partladıldığı terror aktı nəticəsində çox sayda kəşfiyyat işçisinin də yaralandığını irəli sürüb.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir